Şou
Cücələrim mahnısı Rusiya telekanalında Video
[/center]
«Cücələrim»in qəribə taleyi olub. Mahnı yazılandan düz 10 il sonra məşhurlaşıb. Demək, 1949-cu ildə bəstəkar Qəmbər şair Tofiq Mütəllibova bir musiqi dinlədir və ondan xahiş edir ki, buna söz yazsın. O dönəmlər uşaq şeirləri yazan Tofiq Mütəllibov musiqiyə söz yazıb verir Qəmbər Hüseynliyə. Mahnının ilk ifaçısı, deyilənə görə, indi Muğam Teatrının direktoru çalışan Arif Qazıyev olur. Arif müəllimin mahnını necə oxuduğu bizə gəlib çatmayıb. Hər halda yaxşı oxumasaydı, müəlliflər mahnını ona verməzdilər. Beləcə, 10 il mahnı Azərbaycanda oxunmasında olsun, sizə xəbər verim Moskva dekadasından…
Mahnının ulduzu düz 10 il sonra parlayır. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında «Cücələrim»i indi hamımızın tanıdığı aktrisa və rəssam-florist Suqra Bağırzadə oxuyur. Mahnı «ura »yla qarşılanır və tezliklə dillər əzbərinə çevrilir, sovetlər məkanını aşaraq bütün dünyaya yayılır. Müxtəlif dillərə (100-dən çox dilə !) çevrilir. Hətta «Dünyanın ən yaxşı uşaq mahnıları» albomuna daxil edilir. Məşhur sovet cizgi filmi «Nu, poqodi!»nin bir bölümünə də salınır. Özü də, mahnı cizgi filmində Azərbaycan dilində səslənir!..
Qəmbər Hüseynli cəmi 45 yaşında (1 avqust, 1961-ci il) dünyadan köçüb. «Cücələrim» mahnısının triumfunu – misilsiz zəfərini görəndən 2 il sonra sakitcə həyata gözlərini yumub. Atası kimi onu heç xatırlamağa gücü çatmayacaq kiçik oğul qoyub gedib. Amma özündən sonra elə böyük bir əsər qalıb ki, adını yüzillərcə yaşadacaq… Sağ oldu, ya olmadı, onu «bəxtəvər bəstəkar» adlandıracaqlar. Gəncəli Məşədi Muxtarın bəstəkar oğlunun adı «Cücələrim»lə bütün dünyanı gəzməyə davam edəcək.