Gündəm
Şəkidə “Tarixdə ali insan” adlı tədbir keçirilib












Mayın 6-da Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Yeni Azərbaycan Partiyası Şəki şəhər təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Tarixdə ali insan” adlı tədbir keçirilib.
Tədbirdə dövlət orqanlarının rəhbərləri, mədəniyyət və təhsil işçiləri, ictimaiyyət nümayəndələri iştirak edib. Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, müasir inkişaf strategiyasının formalaşdırılmasında, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində misilsiz xidmətlərindən geniş bəhs edib, onun zəngin siyasi irsinin bu gün də ölkəmizin inkişafına xidmət etdiyini vurğulayıb.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzin qaşısında ucaldılmış abidəsisini yad ediblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbir çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib və iştirakçılar tərəfindən maraqla izlənilib.
Bədii hissədə Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin müəllim və şagirdlərindən ibarət ansamblın ifasında Ulu Öndərə həsr olunmuş mahnılar səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim olunub.
Tədbirin sonunda bir qrup şəxsə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.
Daha çox xəbər:
Daxili işlər nazirliyində Ulu öndərin əziz xatirəsi yad edildi
Çexiyada ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş beynəlxalq şahmat turniri keçirilib - FOTO
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsi Meksikada anılıb (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Prezident Goranboyda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
