Cəmiyyət
Nazirlikdən Balakəndə yayılan naməlum xəstəliklə bağlı - AÇIQLAMA
Sosial şəbəkələrdə Balakən rayonunun Yeni Şərif və Qaysa kəndlərində naməlum xəstəliklərin aşkarlanmasına dair məlumat yayılıb. Yayılan məlumatlar insanlar arasında geniş müzakirələrə səbəb olub.
Səhiyyə Nazirliyi Balakəndə yayıldığı iddia edilən naməlum xəstəliklə bağlı açıqlama yayıb.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, Yeni Şərif və Qaysa kəndlərində karantin elan edilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Dilbər Quliyevanın Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinə verdiyi məlumata görə, adıçəkilən kəndlərin tibb məntəqələrinə hər hansı bir xəstəliklə bağlı müraciət edən olmayıb.
Həmin kəndlərə yaxın ərazidə yerləşən Qabaqçöl qəsəbə xəstəxanasına da adıçəkilən kənd sakinlərindən hər hansı bir müraciət qeydə alınmayıb.
Daha çox xəbər:
Səhiyyə Nazirliyi 3 aylıq uşağın ölümü ilə bağlı açıqlama verdi
Videosu yayılan 27 yaşlı tibb bacısını maşın vurub öldürdü - VİDEO
Nazirlikdən bir gecədə kəsilən 100-dən çox ağacla bağlı - AÇIQLAMA
Moskvada naməlum şəxs insanlara atəş açdı - Yaralananlar var
Gecə süd verib səhər deyiblərki gəl ölüsünü apar.