Cəmiyyət
Abşeronda beş yaşlı qıza təcavüz edildi
Abşeron rayonunda beş yaşlı qıza təcavüz etməkdə günahlandırılan gənc saxlanılıb.
Bu barədə Abşeron Rayon Polis İdarəsindən məlumat verilib.
Masazır kəndində 18 yaşlı E.A. polis tərəfindən yaxalanıb və istintaqa təhvil verilib. Rayon Prokurorluğu Cinayət Məcəlləsinin 150-ci (Cinsi Zorakılıq) maddəsi ilə cinayət işi açıb. Hazırda cinayətin təfərrüatı araşdırılır.
Qeyd edək ki, oxşar hadisə Bakının Suraxanı rayonunda da baş verib. Bu ilin sentyabr ayının 18-də yeddi yaşlı qıza qarşı seksual zorakılıq olunub. Cinayətdə zərərçəkənin valideynlərini ziyarətə gələn qohumu ittiham olunur.
Faktla bağlı hazırda Suraxanı Rayon Prokurorluğu araşdırma aparır. Hələlik məsələ ilə bağlı heç kim saxlanılmayıb.(oxu az)
Daha çox xəbər:
Bakıda azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edən şəxs HƏBS EDİLDİ
21 yaşlı oğlan 8 yaşlı qonşusuna təcavüz etdi və... - Azərbaycanda dəhşət
Xırdalanda gənc özünü binanın 5-ci mərtəbəsindən atdı
Bakıda ticarət mərkəzində qadına qarşı CİNAYƏT
Qonşusunun 12 yaşlı qızına əxlaqsızlıq edəni doğulduğuna peşman etdilər - VİDEO