Cəmiyyət
Azyaşlı məhkumlar: 17 yaşım, 400 cinayətim var; atam olsaydı, belə olmazdı - Video
Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində həyatın pis üzü ilə çox erkən rastlaşan məhkumlar saxlanılır.
Oxu.Az xəbər verir ki, 17 yaşlı Zaur Süleyk 3 il 3 ay azadlıqdan məhrum olub. Artıq bir ildir ki, həmyaşıdlarından fərqli olaraq ömrünü dəmir barmaqlıqlar arxasında keçirir.
Z.Süleyk deyir ki, 17 yaşım, 400 cinayətim var. Onun atası da Rusiyada həbsxanaların birində cəza çəkir. Anası 9 ildir ki, etdiyi cinayətlərə görə onu danışdırmır.
Ağarzayev Qoşqarın da cinayəti Z.Süleyklə eynidir. O, dörd il müddətinə azadlıqdan məhrum edilib.
Heç vaxt təhsilə maraq göstərməyən müsahibimiz deyir ki, həbsxana uşaq üçün deyil, uşaq gərək ailəsinin yanında olsun.
Digər məhbus Əliyev Zahid oğurluq və quldurluqla məşğul olduğu üçün 2 il 2 ay müddətində azadlıqdan mərhum olunub.
Z.Əliyev bildirir ki, anam çox kövrəlir, əzab çəkir. Atamı çox tez itirmişəm, bəlkə o olsaydı belə olmazdı. Burda itirdiyi günlərə heyifsilənən Z.Əliyevin hələ çəkəcəyi 1 il 8 ayı var.
Bütün dustaqlar kimi onların bir arzusu var: “Əməllərinin cəzasını çəkib, yenidən azadlığa qovuşmaq”.
Daha çox xəbər:
Bakıda 14 yaşlı məktəbli qız qaçırıldı
Narkoloji Mərkəzi yandıran şəxs ömürlük azadlıqdan məhrum edildi - FOTO
"İçinə şeytan girib" deyib, anasını öldürdü – DƏHŞƏTLİ QƏTL – FOTOLAR
21 yaşlı oğlan 8 yaşlı qonşusuna təcavüz etdi və... - Azərbaycanda dəhşət
Bakıda ofisiant müştərini ürəyindən bıçaqladı