Cəmiyyət
Bakı İH-in vəzifə şəxsləri Bibiheybətdə: Əraziyə içməli su verilməsi dayandırıldı - Yeni
“Azərsu” ASC torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisindən keçən 500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsini dayandırıb.Bu barədə “Report”a qurumdan bildirilib.Məlumata görə, su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa olunacaq.
“Azərsu” ASC yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir”,- məlumatda qeyd edilib.Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın Bibiheybət qəsəbəsində sürüşmə baş verən əraziyə gedib.Bu barədə Teleqraf.com-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.Onun sözlərinə görə, icra başçısı və qurumun bütün xidmət rəhbərləri hadisə yerinə baxış keçirirlər.Qeyd edək ki, noyabrın 24-də Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində torpaq sürüşməsi baş verib.