Cəmiyyət
“Mərcan” məhsullarına yenilənmiş “Halallıq” və “İSO 22000” sertifikatları təqdim olundu
Ötən həftə Holiday İnn otelində Azerbaijan Poultry Şirkətinin (APC) istehsal etdiyi “Mərcan” quş əti və quş əti məhsullarına verilən “Halallıq” və “İSO 22000” sertifikatlarının təqdimat mərasimi keçirilib.
Mərasimdə qeyd olunub ki, 2018-ci idən etibarən “Mərcan” məhsullarının istehsalına qida təhlükəsizliyi və halal standartlar üzrə aparıcı mütəxəssisləri tərəfindən ciddi nəzarət və məsləhət layihəsi başlanıb. Həmin layihə çərçivəsində şirkətin struktur bölmələrində, o cümlədən Ucar rayonunda yerləşən quş ətinin emalı fabrikində diaqnostik audit və mövcud idarəetmə sisteminin təhlili aparılıb, müəssisənin əməkdaşlarına qeyd olunan standartlar üzrə müvafiq təlimlər keçirilib. Həmin auditlərin nəticəsi olaraq APC-nın ISO 22000 və Halal standartların tələblərinə uyğunluğu barədə müsbət rəy verilib və şirkətin fəaliyyəti ISO 22000 standartı üzrə Almaniyanın “DAKKS” akkreditasiyalı sertifikatı və dünyanın halal standartlar üzrə ən nüfuzlu sertifikatlaşdırma orqanlarından biri olan - Malayziyanın "JAKIM" təşkilatının təsdiq etdiyi HALAL sertifikatı ilə təsdiqlənib.
Azerbaijan Poultry Şirkətində yaradılan şərait, həyata keçirilən dəyişikliklər, yeni texnologiyaların tətbiqi, bütün istehsal tsiklinin tam avtomatlaşdırılması, rəhbərlik tərəfindən keyfiyyət və halallıq məsələlərinə göstərilən diqqət, quşların yetişdirilməsindən hazır məhsulun buraxılmasına kimi istehsalat prosesinə ciddi nəzarət olunması, bütün prosessin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması bunu deməyə əsas verir ki, ölkəmizdə müasir tələblərə cavab verən və halal toyuq məhsulları istehsal edən belə bir müəssisə var.
Tədbirdə Azerbaijan Poultry Şirkətinin direktoru Rüfət Məmmədzadə, Kefiyyət asossiasiyasının sədri Samir Novruzlu, İNSERT Beynəlxalq Sertifikatlaşdırma şirkətinin direktoru Şamo Muradov, Şirkətin Pr və Kommunikasiyalar meneceri Günay Əkbər jurnalistlərin suallarını cavablandırıblar.
Tədbirin sonunda sertifikatlar təqdim olunub.
Daha çox xəbər:
Məşhur şirkətin rəhbəri istefa verdi
Məleykə Abbaszadə: "Struktur və kadr islahatları standartların dəyişməsinə dəlalət edir"
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçılarının podium məşqləri keçirilib
İmtahana mobil telefon gətirənlər, köçürənlər xaric olunub - DİM
Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib