Cəmiyyət
"WhatsApp"da yeni virus aşkarlandı - Bu mesajları açmayın!
Son günlərdə "WhatsApp" mobil əlavəsində "Yeni il virusu" aşkarlanıb.
dahilider.az baku.ws-ə istinadən xəbər verir ki, mütəxəssislər istifadəçiləri xüsusi günlərdə "WhatsApp"a göndərilən təbrik mesajlarına qarşı diqqətli olmağa çağırır.
Yeni il bayramı ilə bağlı gələn mesajlarda virusa yoluxmuş veb saytların linki göndərilir. Hakerlər bu yolla istifadəçinin smartfon və ya kompüterindəki fərdi məlumatlara daxil olurlar.
Bununla yanaşı, reklamlar, şəxsi məlumat sorğuları və bəzi xidmətlər üçün üzvlük təklifləri də daim istifadəçinin qarşısına çıxır.
"Yeni il virusu" çox sadə bir hilə olsa da, bu tora düşənlər az deyil. "WhatsApp" ən məşhur mesajlaşma tətbiqidir və bu virusların proqram vasitəsi ilə yayılması çox asandır.
Mütəxəssislər diqqətli olmağı və tanımadığınız şəxslərdən "təbrik mesajları" adı ilə gələn bütün mesajları bloklamağı tövsiyə edir.