Cəmiyyət
Cəsədi yandırılan Nərminin atası danışdı: “Qızımın yanan cəsədini...”
"Qızımın cəsədini görən şəxslər polisə aparılıb və onlardan izahat alınıb".
Bu sözləri BAKU.WS-in bölgə müxbirinə yandırılmış vəziyyətdə cəsədi tapılan 10 yaşlı Nərmin Quluyevanın atası Şərif Quliyev bildirib.
"Saxlanlan şəxslər qızımın yanan cəsədini söndürən adamlardır. Onlar olmasa idi, uşağın cəsədi tamamilə yanardı.
Birinin artıq izahatı alınıb, sərbəst buraxılıb. Digəri də böyük ehtimalla sərbəst buraxılacaq.
Onların heç bir günahı yoxdur. Onlar sadəcə cəsədi ilk görənlərdəndir. Yəqin ki, polisdə bu səbəbdən onlardan izahat alıb", - deyə Şərif Quliyev bildirib.
Məlumat üçün onu da bildirək ki, Nərmin Quliyeva bu gün saat 12-00 da Dondar Quşçu kənd qəbristanlığında dəfn olunacaq.
Daha çox xəbər: