Cəmiyyət
Külli miqdarda dələduzluqda ittiham olunan bəraət alıb

Bakı Apelyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirli bilinən Aydın Aslanovun barəsində olan hökmdən verilən şikayətə baxılıb.
Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və A.Aslanov barəsində bəraət hökmü çıxarılıb.
Qeyd edək ki, A.Aslanov külli miqdarda dələduzluqda ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində sınaq müddəti seçilməklə şərti cəza verilib.(apa)
Daha çox xəbər:

Bakıda tanışını döyərək öldürən keçmiş məhkumla bağlı qərar çıxarıldı

Bakıda ofisiant müştərini ürəyindən bıçaqladı

Ali Məhkəmə seksual manyakla bağlı qərar verdi

Çay evində gənclər arasında dava: "Mənimlə yaxşı görüşmədin..." – Təfərrüat

74 yaşlı anasını döyərək öldürən oğulun şikayəti təmin edilmədi — MƏHKƏMƏ