Cəmiyyət
16:42, 17 Ocak 2020

Seçkiləri izləmək üçün AŞPA nümayəndə heyəti gələcək

Seçkiləri izləmək üçün AŞPA nümayəndə heyəti gələcək
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində seçki kampaniyası və siyasi mühiti qiymətləndirmək üçün Azərbaycana səfər edəcək.

APA-nın AŞPA-nın saytına istinadən verdiyi xəbərə görə, səfər yanvarın 22-23-də baş tutacaq.
Səfər çərçivəsində nümayəndə heyəti Milli Məclisin Sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, parlament və parlamentdən kənar siyasi partiyaların rəhbərləri və nümayəndələri ilə görüşlər keçirəcək.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri və üzvləri, həmçinin media, vətəndaş cəmiyyəti və beynəlxalq ictimaiyyət nümayəndələri ilə də müzakirələr aparılacaq.
Nümayəndə heyətinin səfərin sonunda bəyanat yayması gözlənilir.
Seçkiləri izləmək üçün isə nümayəndə heyətinin tam heyətlə fevralın 7-də Azərbaycana gəlməsi planlaşdırılır.
Digər xəbərlər: