Cəmiyyət
Nazirlikdən restoran sahiblərinə XƏBƏRDARLIQ
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bəzi iaşə obyektləri və şadlıq saraylarının axşam saatlarında yenə də havaya tüstü, iy-qoxu yayması ilə bağlı şikayətlər daxil olub”.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Ramal Bağırov bildirib.
Onun sözlərinə görə, nazirliyin mütəxəssisləri tərəfindən restoranlarda təkrar monitorinqlər aparılıb və məlum olub ki, paytaxtın Nizami və Xətai rayonlarında fəaliyyət göstərən bəzi şadlıq saraylarında təmizləyici qurğular olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atılır:
"Restoranlarda təmizləyici qurğular quraşdırılsa da, təəssüf ki, onlara vaxtında qulluq edilmədiyindən havaya yenidən tüstü və iy-qoxu yayılır.
Obyekt sahiblərinə xəbərdarlıqlar olunub ki, filtrləri vaxtında dəyişsinlər, havaya atılmaların qarşısını alsınlar və sakinlərə diskomfort yaratmasınlar”.
Daha çox xəbər:
Məşhur istirahət mərkəzləri Xəzəri belə çirkləndirir – Nazirlikdən xəbərdarlıq
Nazirlikdən bir gecədə kəsilən 100-dən çox ağacla bağlı - AÇIQLAMA
İranın və ABŞ-ın hərbi təyyarələri havaya qaldırıldı
Bakı hava limanında gərginlik: "Buta Airways"in təyyarəsi havaya qalxa bilmədi...
Şadlıq saraylarına xəbərdarlıq! — Zəhərlənməmək üçün bunları edin