Cəmiyyət
"Sədərək" Ticarət Mərkəzinə mal gətirilməsi dayandırıldı
İran İslam Respublikasından Azərbaycanda fəaliyyət göstərən "Sədərək" Ticarət Mərkəzinə satış üçün malların gətirilməsi dayandırılıb. SİA-nın məlumatına görə, bu barədə mərkəzin mətbuat xidmətindən verilən xəbərdə deyilir.
Qeyd edilir ki, İrandan "Sədərək" Ticarət Mərkəzinə əsasən xalça və digər toxuculuq məhsulları gətirilir. Həmin mallar isə artıq gətirilmir. Həm indiki vaxtda bazarda İran malları işləmir. Xalça biznesi ilə məşğul olan şəxslərin əvvəlki aylardan gətirdiyi mallar hələ satılmayıb. Ona görə də İrandan "Sədərək" Ticarət Mərkəzinə malların gətirilməsi dayandırılıb. Bazara əsasən Türkiyə və Çindən mallar gətirilirdi ki, koronavirusla bağlı Çindən də malların gətirilməsi dayandırılıb. İndi bazara ancaq Türkiyədən mallar gətirilir.
Daha çox xəbər:
Çindən "Sədərək" Ticarət Mərkəzinə malların gətirilməsi ilə bağlı VACİB QƏRAR
“Sədərək”də malları yanan sahibkarların - SİYAHISI
Bakıda ticarət mərkəzində qadına qarşı CİNAYƏT
İki ticarət mərkəzində insanlar təxliyə olunur - - Bomba həyəcanı
Bakının məşhur kinoteatrı sökülür - Yerində ticarət mərkəzi tikilir