Cəmiyyət
13:17, 30 Mart 2020

Bakıda şəxsi avtomobillərin cərimələnməsi ilə bağlı xəbərlərə AÇIQLAMA - VİDEO

Bakıda şəxsi avtomobillərin cərimələnməsi ilə bağlı xəbərlərə AÇIQLAMA - VİDEO
Bakıda şəxsi avtomobillərin cərimələnməsinə dair yayılan məlumat yanlış başa düşülüb.

Bu barədə "ATV xəbər"ə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov açıqlama verib.

O bildirib ki, İnzibati tədbirlər və cərimələnmələr şəhərlərarası və rayonlararası yollara aiddir:

"Şəhər daxilində şəxsi avtomobillərin hərəkətinə heç bir məhdudiyyət yoxdur. Sadəcə karantin rejimi ilə əlaqədar sürücülər tövsiyə xarakterli müraciət edilib.

Belə ki, onlara vacib işləri olmadıqca şəxsi avtomobilləri ilə çox hərəkət etməmək tövsiyə edilib. Çünki koronavirusla mübarizənin yollarından ən əsası evdə qalmaq, özünün və başqalarının həyatını təhlükəyə atmamaqdır.

Burada vətəndaşları inzibati qaydada tənbeh etmək fikirimiz yoxdur. Biz prafilkatik tədbirlərin gücləndirilməsinə çalşırıq. Biz bir daha paytaxt sakinlərini paytaxt ərazisində yaşayan sürücüləri, avtomobil sahiblərinə müraciət edirik və xahiş edirik şəxsi avtomobildən az istifadə edin.

Lüzumsuz olaraq küçə və avtomobilllərlə hərəkət etməyin. Məlum vəziyyəti düzgün təhlil edin. Qərarın mahiyyətinin fərqinə varmağa çalışın".

Digər xəbərlər: