Cəmiyyət
Azərbaycanda 80 xarici telekanal ödənişsiz oldu
Bu gündən respublikada yerüstü açıq yayım paketinə 80-dək xarici telekanal ödənişsiz əlavə edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio” İstehsalat Birliyi "Evdə qal” kampaniyasına dəstək verib.
Aprelin 1-dən etibarən ölkənin şimal, qərb, cənub və Mərkəzi Aran rayonlarının ərazisində "DVB-T2” standartında xarici ölkələrin müxtəlif kontentli televiziya proqramlarının yayımlandığı çoxproqramlı televiziya yayımı ödənişsiz açıq olacaq.
Məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı özünütəcrid müddətində əhalinin daha çox informasiya əldə etməsinə şərait yaratmaqdır.
Daha çox xəbər:
“Nar”dan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN ianə, pulsuz rabitə
Xarici İşlər Nazirliyi də Koronavirusla Mübarizəyə Dəstək Fonduna maddi dəstək oldu
Xarici ölkələrdən daxil olan bütün yük nəqliyyat vasitələri dezinfeksiya edilib ölkəyə buraxılır - VİDEO
Aksiya! Ödənişsiz həkim qəbulu.
Azərbaycanda daha bir yüksək vəzifəyə - TƏYİNAT