Cəmiyyət
Baş Polis İdarəsindən vətəndaşlara çağırış
Bakı şəhər Baş Polis İdarəsi vətəndaşlara çağırış edib.
"Qafqazinfo” xəbər verir ki, müraciətdə deyilir:
"Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir.
Vətəndaşlarımızı şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, ünsiyyət zamanı 2 metrlik ara məsafəsi saxlamağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq”.
Daha çox xəbər:
66 yaşlı icra başçısı küçədə vətəndaşlara evdən çıxmamağı tövsiyə edir
Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi
“Nar”dan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN ianə, pulsuz rabitə
DİN xüsusi karantin rejimi dövründə hansı obyektlərin işləyəcəyini açıqlayıb
Operativ Qərargah: İnsanların ciddi şəkildə özünü təcridi üçün şərait yaradılıb