Cəmiyyət
SOCAR tender elan edib - SİYAHI
SOCAR öz fəaliyyətini təkmilləşdirmək üçün bir sıra sahələrdə tenderlər elan edir.
SOCAR-ın “Azərikimya” İB “Etilen-polietilen” zavodunun Polietilen istehsalatının 14 saylı sahəsindəki II düzüm kompressorlarının 6 kV, 250 d/dəq, 5000 kVt mühərriklərinin əsaslı təmir işlərinin satın alınması üzrə tender elan edir.
Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 6 may 2020-ci il, saat 17:30-dək Azərbaycan dilində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.
SOCAR-ın “Qaz İxrac” İdarəsi LOT 1 üzrə Astara MQKS Astara 110/35/10 kv-luq y/st-da 35 və 10-luq açarlarda, Astara k-2-də 35kv-luq y/st-da, k-2-də 10/0,4 kv-luq y/st-da, LOT 2 üzrə Siyəzən MQKS 110/35/6 kv-luq y/st-da elektrik avadanlıqlarında və LOT 3 üzrə Hacıqabul KS-si qidalandıran 1 №-li 110/6/6 kv-luq 25 MVA transformatorun 6 kv-luq 1 nömrəli şin seksiya giriş yuvasında elektrik avadanlıqlarda təftiş sınaq və sazlama işlərininə olan tələbatı təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edir.
Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 08.05.2020-ci il, saat 17:30-dək Azərbaycan və ya ingilis dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.
SOCAR Qaz Emalı Zavodunun LOT 1 - Xüsusi geyim və fərdi mühafizə vasitələrinə, LOT 2 - Yanğınsöndürmə vasitələri və nişanlarına və LOT 3 - dərman preparatlarına olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edir.
Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 12.05.2020-ci il, saat 16:30-dək Azərbaycan və ya ingilis dillərində satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.
SOCAR-ın “Neftqaztikinti” tresti qaynaq tikişlərinin müayinəsi üçün tələb olunan sərf və köməkçi materiallarına olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edir.
Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 14.05.2020-ci il, saat 17:30-dək Azərbaycan, rus və ya ingilis dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.
SOCAR “Neft Kəmərləri” İdarəsinin AİB Sumqayıt NTS-də iki ədəd RVS-5000 m3-luq neft çəninin tikintisi işlərinin yerinə yetirilməsinə tələb olunan avadanlıq və mal-materiallara olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi zərflərin açılışı tarixinin uzaldıldığını elan edir.
Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 05.05.2020-ci il, saat 17:30-dək Azərbaycan, rus və ya ingilis dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.
SOCAR-ın “Neftqaztikinti” tresti düztikişli elektrik qaynaqlı 530x12mm ölçülü polad boruya olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi üzrə müraciətlərin son tarixinin, həmçinin, təklif zərflərinin açılış tarixinin müddətinin uzadıldığını elan edir.
Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 01.05.2020-ci il, saat 17:30-dək Azərbaycan, rus və ya ingilis dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.
Bütün tenderlər üzrə göstərilmiş tarixdən gec edilmiş ödəniş və müraciətlərə baxılmayacaq.
Elanlar və satınalma predmetləri haqqında geniş məlumatı və əsas şərtlər toplusunu bu keçiddən əldə edə bilərsiniz.