Cəmiyyət
Agentlik sədri karantinin yumşaldılmasından danışdı
“Aprel ayının ortalarında ölkədə koronavirusa yoluxma yüksək həddə qalxmışdı, sonra bu tendensiya azalmağa başladı”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
Onun sözlərinə görə, son bir neçə gündə yoluxma sayında artım müşahidə olunur:
“Bu, birbaşa karantin rejiminin yumşaldılması ilə əlaqələndirilir. Son zamanlar insanlar fərdi qoruyucu vasitələrdən, maskalardan istifadə etmirlər”.
“10 gün əvvəl Bakıda 10 nəfərdən 4-5-i maska ilə gəzirdisə, son günlərdə isə 1-2 nəfərin qoruyucu vasitədən istifadə etdiyini görürük. Bu isə koronavirusa yoluxmanın artması ilə nəticələnir”, - deyə sədr qeyd edib.
Daha çox xəbər:
Qərargah: Son günlər koronavirusa yoluxma ilə bağlı rəqəmlər 10, 20 nəfər artır
Nazirlər Kabineti toyları təxirə salmağı tövsiyə edir
Uşaq, tələbə və hamilələr üçün icbari tibbi sığorta pulsuz olacaq
İlham Əliyev nazirləri topladı
SON DƏQİQƏ! Azərbaycanda koronavirusa yoluxanlarıns sayı artdı - RƏSMİ