Cəmiyyət
İcra hakimiyyəti “Nəsimi bazarı”nı satdı - SÖKÜLÜR
Bakının köhnə bazarlarından olan "Nəsimi bazarı”nın söküntüsünə başlanılıb.
dahilider.az Baku.ws-ə istinadla xəbər verir ki, söküntü işləri artıq başlanılıb.
Qeyd edək ki, bazarın söküləcəyi barədə çoxdan məlumat verilmişdi. Lakin söküntü işlərinə gözlənilmədən başlanılıb.
Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətilə əlaqə saxlanıb.
Qurumun təsərrüfat şöbəsinin müdiri Qurban İsmayılov sayta bildirib ki, "Nəsimi bazarı” pilot layihə çərçivəsində satılıb. Onun yerində yaşayış binası tikiləcək.
"Pilot layihə çərçivəsində tikinti işləri aparılacaq. Bazarın sahibi ilə razılaşandan sonra bina tikiləcək. Artıq ərazidə 3 bina tikilib, biri də bazarın yerində olacaq”, - deyə Qurban İsmayılov bildirib.
Xatırladaq ki, "Nəsimi bazarı” Bakının ən qədim kolxoz bazarlarından biri idi.
Daha çox xəbər:
SON DƏQİQƏ: Azərbaycanın tarixi bazarı yandı – 29 nəfər... (VİDEO)
Bakının məşhur kinoteatrı sökülür - Yerində ticarət mərkəzi tikilir
İcra başçısına qarşı ittiham: “Evimi söküb pulunu vermirlər” - Video
“EuroHome” ticarət mərkəzində baş vermiş yanğın söndürüldü - YENİLƏNİB+VİDEO
Bakıda binalara yeni liftlərin quraşdırılmasına başlanıldı