Cəmiyyət
Azərbaycanda nazirin olduğu maşın qəza törətdi - ANBAAN VİDEO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə ötən gün Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində qeydə alınıb.
“Mercedes” markalı, 90-AA-900 dövlət nömrə nişanlı avtomobillə “Maserati” markalı maşın toqquşub.
Yayılan videolardan görünür ki, “Mercedes”in sürücüsü qırmızı işıqda keçib. Nəticədə, qəza baş verib.
Qeyd edək ki, qəza törədən avtomobil Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti maşını imiş.
Hadisə zamanı nazir avtomobildə olub. Mühafizəçilər dərhal K.Heydərovu digər maşına əyləşdirərək, hadisə yerindən uzaqlaşdırıblar.
Daha çox xəbər:
Bakıda iki avtomobil toqquşdu: yaralı var - VİDEO
Xanım sürücü "Prado" ilə "Ganjlik Mall"ın qarşısında dəhşətli qəza törətdi - VİDEO
Bakıda avtobus zəncirvari qəza törətdi – 9 maşın əzildi - VİDEO
Azərbaycanda AĞIR QƏZA: Ölən var
Azərbaycanda AĞIR QƏZA: Məhbus daşıyan maşın qəzaya düşdü - İki polis yaralandı
