Cəmiyyət
Şöbə müdiri koronavirusa yoluxdu
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayev koronavirusa yoluxub.
Bu barədə jurnalist Fərəh Sabirqızı məlumat yayıb.
Cavid Paşayevin hazırda reanimasiya şöbəsində olduğu bildirilir. Məlumata görə, 3 gün ərzində virus proqress edib, Paşayevin ciyərinin əksəriyyəti zədələnib.
C.Paşayevin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edilib ki, Cavid Paşayev koronavirus yayılmağa başlayan günlərdən onunla mübarizəyə qatılan ilk həkimlərdən olub. Onun 100-lərlə xəstənin sağalmasında rolu olub, həmişə insanları virusdan qorunmağa çağırıb.
Daha çox xəbər:
Arvadını öldürən Fuad Paşayev həbsxanada ÖLÜ TAPILDI
Azərbaycanda daha səkkiz tibb işçisi koronavirusa yoluxdu - AÇIQLAMA
Rövşən Rzayevin nazirə zəngi Göygöldəki "kadr islahatı"nı hansı məcraya yönəldib? - İDDİA
Ukrayna Milli Qvardiyasının komandanı koronavirusa yoluxub
Məşhur müğənni koronavirusa yoluxdu