Cəmiyyət
23:28, 04 Eylül 2020

Tikinti şirkətinin iddialarına kran sahibinin CAVABI - VİDEO

Tikinti şirkətinin iddialarına kran sahibinin CAVABI - VİDEO
“Kran Group MMC” nümayəndəsi olduğunu deyən Ceyhun Nağıyev qarşı tərəfin ittihamlarına cavab olaraq Oxu.Az-a açıqlamasında hadisənin texniki nasazlıq səbəbindən baş verdiyini deyir:

“Hazırda yoldayam, bir neçə saata hadisə yerində olacam. Kranda müəyyən hissədə texniki nasazlıq səbəbindən hadisə baş verib. Hazırda bildiyim məlumat budur”.

Kranın montaj işlərinin tamamlanıb “Qaranti İnşaat MMC”yə təhvil verilib-verilmədiyi ilə bağlı sualımıza isə C.Nağıyev belə cavab verdi:

“O işlərlə digər şəxslər məşğul olur. Bir neçə saata mən özüm ərazidə olacağam”.

16:59

“Qaranti İnşaat 2012” şirkətinin hüquqşünası Fərid Həsənov baş verən hadisə ilə əlaqədar açıqlama verib.

O, qeyd edib ki, bu məsələ ilə bağlı “Qaranti İnşaat” MMC məsuliyyət daşımır:

“Qaranti İnşaat 2012” pilot layihəsi çərçivəsində burada tikinti işləri ilə məşğuldur. Təxminən iki ay əvvəl 20 iyun tarixindən bizim kran sahibi olan şirkətlə “Kran Group MMC” ilə müqaviləmiz var.

Müqaviləyə əsasən, “Kran Group MMC” tikinti məqsədilə kranı bu ərazidə quraşdırıb avqust ayında bizə təhvil verməli idi”.

Hadisə “Kran Group MMC”nin kranı montaj etdiyi zaman baş verib. Quraşdırılma zamanı texniki təhlükəsizlik qaydalarına riayət edilmədiyi üçün kran aşıb və məlum hadisə zamanı kranın sürücüsü vəfat edib”.

Onun sözlərinə görə, ilkin ehtimala görə qəzaya səbəb montaj işləri zamanı kranın hidrovlik mühərrikində yaşanan nasazlıq olub:

“Bu bizdə olan ilkin məlumatdır, dəqiq səbəbini bilmirik. Nərimanov rayon prokurorluğu və Baş Prokurorluğun nümayəndələri ərazidədir. Biz onlara şirkət haqqında zəruri məlumatları, sənədləri təqdim etdik. Biz kranı şirkətdən təhvil almamışıq”.

Şirkət rəsmisi sürücünün kranın içərisində olmasını isə belə izah etdi:

“Böyük ehtimalla sürücü montaj zamanı sükan arxasında kranın idarə edilməsi ilə bağlı funksiyaları yoxlayırmış”.

Digər xəbərlər: