Cəmiyyət
Qax rayonunda pandemiyadan əziyyət çəkən aztəminatlı ailələrə sosial yardımlar göstərildi
COVİD-19 koronavirus pandemiyası zamanı əziyyət çəkən aztəminatlı ailələrə dəstək aksiyaları Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yeni növ koronavirusun geniş yayılmasının qarşısının alınması, eləcə də pandemiya dövründə vətəndaşların maddi ehtiyacların təmin olunmasına yönəlmiş tədbirlərdən biridir. Ölkə başçısının “Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirilən və vətəndaş həmrəyliyini genişləndirmək məqsədi daşıyan bu kampaniyada Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə"Sosial İnkişafda Yeni Mərhələ" İctimai Birliyi“Pandemiyadan əziyyət çəkən aztəminatlı ailələrə sosial yardımın göstərilməsi” adlı layihə çərçivəsində ahıllara, aztəminatlı ailələrə, kimsəsizlərə ərzaq yardımları ilə köməklik göstəriblər.
Layihənin koordinatoru, SİYMİB sədri Seymur Əzəmmədov bildirib ki, sosial paketlərdə ərzaq məhsulları və tibbi ləvazimatlar olub. Sosial yardım 80 ailəni əhatə edib. Ailələr Qax rayonlarının sakinləri sırasından müəyyənləşdirilib.
Layihənin məqsədi COVİD-19 koronavirus pandemiyası zamanı əziyyət çəkən aztəminatlı ailələrə, həmçinin kimsəsiz və ahıl insanlara maddi və mənəvi dəstəyin göstərilməsindən ibarət idi.
Daha çox xəbər:
Ünvanlı sosial yardım alan ailələrə sevindirici xəbər
Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı
"Allah heç bir körpəni anasız qoymasın..." - Xərçəngdən əziyyət çəkən Tünzalə
Ağır xəstəlikdən əziyyət çəkən kapitan Məmməd Quliyev vəfat edib
Prezidentin çağırışına cavab olaraq Azərbaycan könüllüləri birləşdi