Cəmiyyət
Rauf Əliyev: Azərbaycan şanlı tarixini yazır
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə qəhraman Azərbaycan Ordusu erməni işğalçıları tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda apardığı zəfər yürüşünü davam etdirir.
Qəhrəman Azərbaycan Ordusu növbəti böyük qələbəsini qazanmışdır. Hadrud qəsəbəsi və 8 kənd işğaldan azad olmuşdur. Bu tarixi qələbə münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənabları Azərbaycan xalqını təbrik etmişdir. Əks-hücum əməliyyatına başlayandan bu günə kimi Şanlı Ordumuz tərəfindən Cəbrayıl şəhəri başda olmaqla bir şəhər, 3 qəsəbə və 31 kənd düşmən işğalından azad edilmişdir. Rəşadətli Ordumuzun əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməsi xalqımızın qələbə salnaməsinin parlaq səhifələrindəndir. Cəbrayıl rayonunun və işğaldan azad olunmuş digər ərazilərin azad edilməsində iştirak etmiş bütün əsgər və zabitlərimiz qəhrəmandırlar. Onların şücaəti nəticəsində doğma torpaqlarımız bizə qayıdıb. Cənab Prezident İlham Əliyevin Azərbaycan xalqına Müraciətində deyildiyi kimi - "Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində- 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar".
Azərbaycan dövləti işğaldan azad olunmuş bütün kənd və şəhərlərimizi bərpa edəcək. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlər bərpa olunacaq və oradan azan səsləri yenə eşidiləcək. Azərbaycan xalqının tarixi-mədəni irsini silmək üzrə erməni faşizminin cəhdlərinə birdəfəlik son qoyulacaqdır. Nəhayət uzun müddətdən sonra Azərbaycan xalqının həsrətinə son qoyulur. Rəşadətli Ordumuzun gücü hesabına tarixi ədalət bərpa olunur. Şanlı Azərbaycan Ordusu işğal altında olan bütün torpaqlarımızı geri qaytarır. Ordumuzun gücü hesabına tezliklə bütün işğal olunmuş torpaqlar Azərbaycan xalqına qaytarılacaqdır. Bizim yolumuz haqq yoludur. İnanırıq ki, qəhrəman Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında tezliklə işğal altında olan bütün torpaqlarımızı işğaldan azad edəcək və Azərbaycan bayrağı Xankəndidə, Şuşada və azad olunan digər yaşayış məntəqələrində dalğalanacaq. Rəşadətli Ordumuzun böyük qələbəsi ilə başa çatan bu Zəfər yürüşü Azərbaycan xalqının, dövlətinin şanlı tarixi kimi yaddaşlarda əbədi qalacaq.
Milli Məclisin deputatı
Rauf Əliyev
Daha çox xəbər:
Azərbaycan Prezidenti Cəbrayıl rayonunun işğaldan azad olunmuş doqquz kəndinin adını açıqlayıb
Yurdu işğaldan azad olunan cəbrayıllının sevinc göz yaşları: “Daha qaçqın deyiləm” - VİDEO
İlham Əliyev dövlətimizin yeni tarixini yazır
SON DƏQİQƏ: Bu ərazilər də AZAD EDİLDİ, ordumuz sürətlə irəliləyir
Elmar Məmmədyarov vəzifəsindən azad edildi - SƏRƏNCAM