Cəmiyyət
Tərtərdə ev raketlə vuruldu-Ölən var
Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir.
Baş Prokurorluqdan xalq.az-a verilən məlumata görə, 14 oktyabr səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub:
“Bu gün saat 9 radələrində Tərtər rayonu, Narlı qəsəbəsində yaşayan 1969-cu il təvəllüdlü Axundov Ədavət Zahid oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində həlak olmuş, yaşayış evinə isə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir”.
Daha çox xəbər:
DSX: Ermənistana qarşı diversiyanın keçirilməsi barədə məlumat yalandır
Pərviz Şahbazov Ermənistanın təxribatları ilə bağlı beynəlxalq enerji təşkilatlarına müraciət edib
Ermənistan ordusu atəşkəs rejimini 23 dəfə pozub
Ermənilər Qazaxda mülki vətəndaşları atəşə tutub
Tovuzun kəndlərinə və dinc əhaliyə dəymiş ziyan qiymətləndirilir