Cəmiyyət
"Qardaşım döyüşlərə könüllü qatılıb" - Şəhid bacısı

Qardaşım döyüşlərə könüllü qatılıb və Azərbaycan ərazilərinin işğal altında olması ilə barışmırdı.
dahilider.az Trend-ə istinadən bildirir ki, bunu şəhid Dmitri Solntsevin bacısı Yuliya Solntsevna bildirib.
O qeyd edib ki, qardaşı Azərbaycan Neft və Sənaye Universitetini bitirib və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində çalışıb:
"O koronavirus infeksiyasının müalicəsi prosesində könüllü iştirak edib. Sentyabrın 21-də isə könüllü olaraq orduya yazılıb və təlimlərə qatılıb. Ermənilərin təxribatından sonra könüllü olaraq cəbhəyə yollanıb. Azərbaycanda yaşaması ilə fəxr edirdi. Azərbaycan torpaqlarının işğalı ilə barışmırdı. Elə ona görə də cəbhəyə könüllü yollandı və şəhid oldu".
Daha çox xəbər:

Şəhid Dmitri Solnsevlə vida mərasimi keçirilir - FOTO + YENİLƏNİB

Avropadan Azərbaycana könüllü qayıdan şəxslərə bahalı hədiyyə verilib

Prezidentin çağırışına cavab olaraq Azərbaycan könüllüləri birləşdi

Azərbaycan ŞƏHİD verir, bu MÜĞƏNNİ isə... - FOTO

Ələkbər Yasamallı intihar edən bacısı oğlu barədə NƏLƏR YAZDI?