Cəmiyyət
12:28, 29 Ekim 2020

Ombudsman UNICEF-dən erməni terrorunun kiçik qurbanlarına qarşı daha şəffaf münasibət istədi

Ombudsman UNICEF-dən erməni terrorunun kiçik qurbanlarına qarşı daha şəffaf münasibət istədi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) UNICEF-dən Ermənistan ordusunun Azərbaycanın döyüş bölgəsindən uzaqda yerləşən şəhərlərinə bombacıqlarla hücumunun balaca qurbanları olan Narin, Mədinə, Aysu, Şəhriyar, Artur, Fərid, Fidan, Nigar və Orxanla bağlı daha şəffaf münasibət göstərməsini və onların həlak olduğu yerlərin göstərilməsini istəyib.

Ombudsman bununla bağlı “Twitter” hesabında müraciət ünvanlayıb.

#Ombudsperson of calls @UNICEF to be more clear on child casualties. #UNICEF should indicate the civilian settlements of which were exposed to the missile attacks by as a result of which Narin, Madina, Aysu, Shahriyar, Artur, Farid, Fidan, Nigar, Orkhan were killed. https://t.co/Y0u78HXGQl

— Ombudsman of Azerbaijan (@az_ombudsman) October 29, 2020
Qeyd edək ki, UNICEF Azərbaycanın dinc şəhərlərinə raket hücumlarının kiçik qurbanları ilə bağlı “bir daha uşaqların həyatını itirməməsi üçün Dağlıq Qarabağda və xaricində hərbi əməliyyatların dərhal və tam dayandırılmasını” istəmişdi. BMT-nin Uşaq Fondu bununla bağlı müraciətində erməni terrorunda ölən uşaqların siyahısını dərc etsə də, onların harada və necə həlak olmasını göstərməyib.

Narin
Madina
Aysu
Viktoria
Shahriyar
Artur
Farid
Fidan
Nigar
Orkhan

These are some of the names of children, aged 10 months to 16 years, known to have been killed during fighting in and beyond the Nagorno-Karabakh conflict zone. #NotATargethttps://t.co/kjQEJ5CRtg

— UNICEF (@UNICEF) October 28, 2020
Digər xəbərlər: