Cəmiyyət
Tibbi maskanı istifadədən sonra büküb cibinə qoyanların nəzərinə - VİDEO
Hazırda dünyada və ölkəmizdə koronavirus pandemiyasına yoluxanların sayı artan tendensiyada davam edərək, epidemik vəziyyəti gərginləşdirməkdədir. Bu azmış kimi, doğru istifadə edilməyən tibbi maskalar virus mənbəyinə çevilir.
Baku TV xəbər verir ki, fəsil dəyişkənliyi, eləcə də, havaların soyuması koronavirus pandemiyasının yayılmasına daha əlverişli şərait yaradır.
Baş infeksionist Təyyar Eyvazov deyir ki, insanlar diqqətli olmalıdırlar:
“İnfeksiya daha çox soyuq, quru havada daha asan yayılır. Ona görə də belə hava olduğu şəraitdə, təbii ki, yoluxma hallarının artacağını əvvəlcədən bilirdik, proqnozlaşdırırdıq və nəinki Azərbaycanda, dünyada eyni hal təkrar olunur”.
Bəzən vətəndaşlar tibbi maskadan istifadə etsələr də, digər qaydalara əməl etmirlər. Buna görə də müəyyən vaxtdan sonra həmin şəxslərdə koronavirus aşkar edilir.
Baş infeksionist əhalinin tibbi maskadan istifadə etdikdən sonra bükərək cibinə qoymaq vərdişinə də toxunub. Bu halın yolverilməz olduğunu deyib.
Daha çox xəbər:
Maskanı düzgün taxmamağın təhlükələri açıqlandı
Azərbaycan əhalisinə koronavirusla bağlı XƏBƏRDARLIQ: Müalicə üçün yer tapılmayacaq - VİDEO
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir, kafe və restoranlar bağlana bilər
Çində dəhşətli görüntülər - insanlar yollarda ölür, virus sürətlə yayılır - VİDEO
SON DƏQİQƏ: İyunun 25-dən yeni qadağa qüvvəyə minir