Cəmiyyət
''Atamı hələ görə bilməmişəm'' - Kürdoğlu Əsgərov
"Bakıda deyildim, Şəmkirdə idim. Xəbəri alan kimi gecəykən Bakıya qayıtdım"
Bunu Sfera.az-a açıqlamasında ötən gün əsirlikdən qaytarılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. O qeyd edib ki, atasını hələ ki, görə bilməyib:
"Atamı görə bilməmişəm, hələ ki, xəbərim yoxdur. Gecəylə Şəmkirdən Bakıya gəldim", deyə o bildirib.
Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü il iyulun 11-də öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüşdülər. Ermənilər Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" quraraq "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuşdu.
Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların "hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb.
Daha çox xəbər:
Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə bağlı vəziyyət Azərbaycan tərəfini narahat edir - Hikmət Hacıyev
Bakıda tələbələr arasında dava - Ölən var
Bakıda tələbələr arasında ölümlə nəticələnən davanın görüntüləri yayılıb
Sabiq prezident 17 il müddətinə azadlıqdan məhrum edilib
Arvadını 4 il izlədi, 70 yaşlı qonşusu ilə yaxaladı — Gədəbəydəki cinayətin təfərrüatları