Cəmiyyət
Pandemiya ilə bağlı SEVİNDİRİCİ XƏBƏR - ÜST bitəcəyi zamanı açıqladı
Ən pis ssenari geridə qaldı. Koronavirus pandemiyası 2022-ci ilin əvvəllərində sona çatacaq.
dahilider.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Bölgə direktoru Hans Klüqe deyib.
Danimarkanın dövlət televiziyasına açıqlama verən ÜST rəsmisi 2021-ci ildə əvvəlki ilə nisbətən pandemiyanın daha çox nəzarətdə saxlanıla biləcəyi və idarəolunan vəziyyətə gələcəyini deyib: "Virus haqqında artıq çox şey bilirik. Onun mövcudiyyəti davam edəcək, amma məhdudiyyətlərə ehtiyac qalacağını düşünmürəm. Bu, yaxşı mesajdır".
Koronavirusun mutasiyaya uğramasını da şərh edən Klüqe bunun normal olduğunu və virusun yoluxduğu insana uyğunlaşmağa çalışdığını bildirib. Lakin yoluxuculuğun sürətini təşvişverici adlandırıb.
O, vaksinlərin əhəmiyyətini də vurğulayıb: "Mutant versiyalara qarşı yeni vaksinlər hazırlamağa ehtiyac görmürük. Vaksinasiya edilmiş şəxslər edilməmişlərlə birgə eyni məkanda olanda özlərinə diqqət yetirməlidirlər".
(publika.az)
Daha çox xəbər:
ÜST koronavirusun bütün dünyada yayılmasının səbəbini AÇIQLADI
Son dəqiqə! Bill Qeyts pandemiyanın bir sıra ölkələrdə sona çatacağı tarixi açıqladı
Britaniyanın səhiyyə naziri: Mutasiyaya uğramış koronavirus nəzarətdən çıxıb
Azərbaycan ÜST tərəfindən müəyyənləşdirilmiş prinsiplər əsasında pandemiya ilə mübarizə aparır - ÜST nümayəndəsi
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı