Dünya
Tramp Ərdoğanın “S-400”lə bağlı təklifini qəbul edib
ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Ankaranın Rusiyadan "S-400" zenit-raket kompleksləri alması ilə bağlı birgə işçi qrup yaradılması təklifini müsbət dəyərləndirib.
Unikal.org xəbər verir ki, bir neçə gün əvvəl Ərdoğan Trampa Rusiyadan "S-400" komplekslərinin alınması barədə birgə işçi qrupun yaradılmasını təklif etmişdi.
Bu gün NTV kanalı ABŞ liderinin türkiyəli həmkarının təklifini müsbət qiymətləndirdiyi barədə məlumat yayıb.
Qeyd edək ki, "S-400" komplekslərinin alınması ilə bağlı sazişin ümumi dəyəri 2,5 milyard dollara bərabərdir. Komplekslərin Türkiyəyə tədarükü 2019-cu ilin sonu – 2020-ci ilin əvvəlinə nəzərdə tutulub.