Dünya
“Neftin qiyməti 30 dollara qədər düşəcək, bu realdır...” - Antn Siluanov
Rusiyanın baş nazirinin müavini və maliyyə naziri Antn Siluanov, habelə energetika naziri Aleksandr Novak əmindirlər ki, dünya bazarlarında neftin qiymətinin 30 dollara qədər düşməsi realdır. Və bunun əsası OPEC+ razılaşmasının pozulması ehtimalıdır.
Unikal.org xəbər verir ki, Rusiya nazirlərinin sözlərindən TASS sitat gətirir.
“Biz bilmirik yayda nə baş verəcək. Biz bilmirik ki, OPEC+ ölkələri hasilatın məhdudlaşdırılmasına dair razılaşmanı qoruyacaqlar, ya yox. Əgər razılaşmalasalar qiymət 40 dollardan da aşağı düşə bilər, 30 dollara qədər enər”-hökumət başçısının müavini bildirib.Energetika naziri Novak da Siluanovun mövqeyini bölüşüb. “Belə ssenari istisna deyil. Çox şey bazarda ilin ikinci yarısındakı situasiyadan asılı olacaq, tələb və təklif arasında balansdan, ticarət müharibələrindən, qeyri-müəyyənlikdən, sanksiya təzyiqlərindən”-Novak deyib.
Hazırda neftin bir barelinin qiyməti dünya birjalarında 63 dollara yaxındır. Ötən həftə qısa müddətə qiymət 60 dollardan aşağı düşmüşdü.
Rusiya və Azərbaycanın da iştirak etdiyi OPEC+ razılaşmasının müddəti 2019-cu ilin iyununda başa çatır. Ötən ilin dekabrında ölkələr hasilatın gündə 1.2 milyon barrel azaldılması barədə razılıq əldə ediblər. Lakin indi bir çox ölkələr və neft şirkətləri hasilatın məhdudlaşdırılmasına tərəfdar deyillər. Çünki əvvəlki razılaşmanın effekti ancaq yarım ilə bəs edib, bundan sonra bazarda təklif əsasən Amerika neftinin hesabına artıb.