Dünya
12:18, 01 Eylül 2019

Zelenski prezidentlik vəzifəsində ən çətin anından danışdı

Zelenski prezidentlik vəzifəsində ən çətin anından danışdı
Ukrayna prezidenti Vladimir Zelenski dövlət başçısı postunda qarşılaşdığı ən çətin məqamından söhbət açıb.
Bu barədə o, 1+1 telekanalının efirində bildirib.

“Ən çətin məqam, bəlkə də, dörd nəfərin həlak olmağı idi. Bundan sonra mən Rusiya prezidenti ilə (Vladimir Putin) danışdım”, — deyə Ukrayna lideri qeyd edib.

Xatırladaq ki, müddətsiz atəşkəs elan olunduqdan sonra avqustun 7-də Donbassda dörd ukraynalı hərbçi həlak olmuşdu. Bundan sonra Rusiya və Ukrayna liderləri arasında ikinci dəfə telefon danışığı baş tutmuşdu.

Zelenskinin sözlərinə görə, o, həmkarına “o biri tərəfə təsir etmək” xahişi ilə müraciət edib ki, onlar “insanların öldürülməsi” ni dayandırsınlar və yenidən ukraynalı məhbusların geri qaytarılması mövzusuna toxunub. (Oxu.az)
Digər xəbərlər: