Dünya
12:20, 03 Eylül 2019

Çinin yüngül atletlərinin kişi olmasından şübhələnirlər

Çinin yüngül atletlərinin kişi olmasından şübhələnirlər
Qadınlar arasında 400 metrə estafet qaçış yarışmasında qalib olmuş iki çinli yüngül atletin cinsiyyəti şübhə doğurub.

Söhbət milli çempionatın yüksək əyarlı medallarını əldə etmiş Lyao Mensyu və Tun Tsenxuandan gedir.

Çinin dövlət qəzeti "People`s Daily" idmançıların komanda şəklini "Facebook" hesabında yerləşdirəndən sonra onların görünüşü sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib.

Bundan başqa, sosial mediada Lyao Mensyunun səsi kişi səsini xatırladan müsahibəsi də yer alıb.

Sosial şəbəkə istifadəçiləri həmin idmançıların ya kişi olduğunu, ya da testosteron hormonu kimi idmançılar arasında qadağan olunmuş dərmanlardan istifadə etdiklərini güman edirlər.

Bununla belə, Çinin Yüngül Atletika Assosiasiyası idmançıların qadın cinsinə aid olduqlarını rəsmən təsdiq edib.
Digər xəbərlər: