Dünya
ABŞ qoşunlarını döyüş hazırlığına gətirdi
ABŞ öz qoşunlarını döyüş hazırlığına gətirib.
“RİA Novosti” xəbər verir ki, bunu Birləşmiş Ştatların vitse-prezidenti Mayk Pens bəyan edib.
Onun sözlərinə görə, amerikalıları bu addımı atmağa Səudiyyə Ərəbistanının neft obyektlərinə təşkil olunmuş hücumlar vadar edib.
O həmçinin bildirib ki, Dövlət katibi Mayk Pompeo durumu müzakirə etmək üçün Səudiyyə krallığına yollanıb.
Prezident Donald Tramp isə gələcək addımlar haqqında düşünür.