Dünya
10:31, 27 Eylül 2019

Polşa yenidən Almaniyadan təzminat tələb edib

Polşa yenidən Almaniyadan təzminat tələb edib
Almaniya bütün məbləği ödəməyincə rəsmi Varşava Berlindən təzminat tələb etməkdə davam edəcək.

Bu barədə Polşanın Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd edilib ki, İkinci Dünya Müharibəsi illərində polyaklara vurulmuş zərər tamamilə ödənilməyib. Lakin Almaniya məsələni bağlanmış hesab edir.

Polyaklar tərəfindən tələb edilən məbləğ 850 milyard dollardan çoxdur. 1945-ci ildə keçirilmiş Potsdam konfransının nəticəsinə görə, Varşava SSRİ-nin payına düşən təzminatı alıb, hansı ki, bu məbləğ sovet imperiyasına şərqi Almaniyadan ödənilirdi. Polşa və SSRİ arasında 1954-cü ildə imzalanan razılaşmaya əsasən hər iki ölkə üzrə "qardaş" Almaniya Demokratik Respublikasına qarşı təzminat iddialarından imtina ediblər.

"İkinci Dünya Müharibəsi zamanı Polşaya vurulmuş böyük əzablar və dağıntılar problemi alman tərəfi ilə danışıqlarda qaldırılıb və bundan sonra da qaldırılacaq", - deyə Polşa Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, İkinci Dünya Müharibəsində Polşanın insan itkisi 6 milyon nəfərdən çox olub. Faşist Almaniyası ölkənin bir sıra şəhərlərini, o cümlədən Varşavanı yerlə yeksan edib, habelə bu ölkənin sakinlərinə qarşı zorakılıqlar edilib.(Report)
Digər xəbərlər: