Dünya
Yerevanda Putinlə jurnalist arasında gərgin anlar (VİDEO)

Ali Avrasiya İqtisadi Şurasının Yerevanda keçirilən iclasından əvvəl Rusiya prezidenti Vladimir Putinlə "Rustavi 2” telekanalının əməkdaşı arasında gərgin anlar yaşanıb.
"Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, Putin Şuranın keçirildiyi binaya daxil olarkən gürcü jurnalist ona səslənərək "Rusiya nə zaman öhdəliklərini yerinə yetirəcək? Öz qoşunları Abxaziya və Cənubi Osetiyadan nə vaxt çıxaracaq?” deyib. Putin isə gülümsəyərək "Rusiya öz öhdəliklərini yerinə yetirir” deyib.
Jurnalist təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb.
Daha çox xəbər:

Aparıcı Mətanətin verilişində gərgin anlar: "QIŞQIRMA!" - VİDEO

Putin dünya ölkələrinə sülh ismarıcı göndərdi

Putin hər kəsin gözü qarşısında üzü üstə YERƏ YIXILDI - Şok GÖRÜNTÜLƏR/VİDEO

“Sarı jiletlilər” əl çəkmir - 30 nəfər saxlanıldı, polis və jurnalist yaralandı

Pekində Azərbaycan və Rusiya prezidentləri arasında görüş olub