Dünya
16:51, 16 Ekim 2019

41 yaşlı qadın qonşusunu mişarla doğrayıb, kisələrə yığdı

41 yaşlı qadın qonşusunu mişarla doğrayıb, kisələrə yığdı
Rusiyanın Sankt-Peterburq şəhərində 41 yaşlı qadın vəhşicəsinə törədilən qətldə şübhəli bilinərək tutulub.

Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, qadın 39 yaşlı şəhər sakininin qətlində şübhəli bilinir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə 29 mart 2019-cu il tarixində törədilsə də cinayətin üstü indi açılıb. Məlumata görə, 41 yaşlı qadın qonşusunu mişarla öldürərək parçalayıb.

Öldürülən şəxsin meyiti doğranaraq qalıqları 5 kisəyə yığılıb. Kisələr evin yaxınlığındakı zibillikdən tapılıb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə cinayət işi açılıb.

İşsiz qadının qonşusunu tamah məqsədilə öldürdüyü ehtimal edilir.
Digər xəbərlər: