Dünya
İŞİD terror təşkilatının yeni lideri məlum oldu - FOTO
İŞİD-in qurucusu Əbu Bəkr əl-Bağdadinin öldürülməsindən sonra terror təşkilatına rəhbərlik edəcək şəxsin adı məlum olub.
Anews.az xəbər verir ki, bu barədə "Newsweek” məlumat yayıb.
Məlumata görə, əl-Bağdadi ölümündən qabaq "Abdullah Kardaş” ləqəbli Hacı Abdullah əl-Afari adlı terrorçunu öz yerinə rəhbər təyin edib.
Qeyd edək ki, ötən gün ABŞ silahlı qüvvələrinin Suriyanın İdlib şəhərində İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadini zərərsizləşdirməsi məlum olub.
Abdullah Kardaş kimdir?
Terrorçuların yeni lideri əl-Bağdadinin yaxın silahdaşlarından biri, iraqlı türkman "Abdullah Kardaş” hesab olunur. Onun əsl adı Əmir Məhəmməd Səid əl-Moulyadır və sələfindən beş yaş kiçikdir. Əl-Bağdadi onunla Amerika həbsxanasında tanış olub. "Abdullah Kardaş” da Səddam Hüseynin ordusunda xidmət edib və sonradan "Əl-Qaidə"yə üz tutub.
İslam universitetinin məzunudur. Dinə fanatik münasibətinə görə, "müəllim" və "pis döyüşçü" kimi adlandırılıb. Ekspertlər hesab edir ki, yeni terrorbaşı əl-Bağdadidən daha səliqəlidir və saatlarla xütbə oxumaq bacarığına malikdir.
Daha çox xəbər:
Kadırov İŞİD terrorçularını qarşılamağa hazılaşır
“Avroviziya”da terror təhlükəsi
SON DƏQİQƏ: Türk ordusu Suriyaya daxil oldu - Ərdoğan elan etdi
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsi Meksikada anılıb (FOTO)
Qadın müəllim 10 yaşlı şagirdi ilə intim münasibətdə oldu - 1 ildir ki, sevgiliymişlər - FOTO