Dünya
Türkiyəli fotomüxbir Fransada keçirilən nümayişlərdə yaralandı
Parisdə polislə nümayişçilər arasında baş verən toqquşmalarda Türkiyənin “Anadolu” agentliyinin fotomüxbiri Mustafa Yalçın xəsarət alıb.
Məlumatı jurnalistin əməkdaşı olduğu sayt yayımlayıb.
Məlumatda qeyd olunur ki, polisin nümayişçilərə qarşı istifadə etdiyi qaz kapsulu jurnalistin üzünü qoruyan maskadan keçərək gözünə nüfuz edib. Zərərli maddənin təsirindən Mustafa Yalçının gözündə qanaxma başlayıb.
Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları jurnalisti xəstəxanaya çatdırıblar. Fotomüxbir müalicəsini tibb mərkəzində davam etdirir.
Qeyd edək ki, hökumətin apardığı pensiya islahatı Fransada kütləvi aksiyalara səbəb olub. Nümayişləri təşkil edən Fransa Həmkarlar İttifaqının üzvləridir.(oxu.az)
Daha çox xəbər:
“Sarı jiletlilər” əl çəkmir - 30 nəfər saxlanıldı, polis və jurnalist yaralandı
Azərbaycanda iki toyun qonaqları arasında kütləvi dava - Bəy də dalaşdı
Sumqayıtda pivə üstündə dava düşdü - Xəsarət alan var
Türkiyənin Bursa şəhərində faciə baş verib.
Müğənni Mustafa Sandal bu ilin yanvarından eşq yaşamağa başladığı model sevgilisi Melis Sütşurup ilə ilk dəfə əl-ələ görüntülənib.