Dünya
13:12, 10 Aralık 2019

İslandia yolların buzlanmasının qarşısını almaq üçün qeyri-adi addım atdı

İslandia yolların buzlanmasının qarşısını almaq üçün qeyri-adi addım atdı
Qış fəsli qarın yağması həm gözəllik həm də problemi eyni anda yaradır. Yolların buzlanmasının qarşısını almaq üçün bütün ölkələrdə tədbirlər görülür. Qışa hazırlıq tədbirləri çərçivəsində yollara qum və duz səpirlər. İslandiya isə məsələyə başqa həll yolu tapıb.

Bizimyol.info xəbər verir ki, bu ölkədə yolların buzlanmasının qarşısını almaq üçün asfaltın altına isti su boruları çəkirlər. Qeyzerlər ölkəsində bu çox ucuz başa gəlir.

Qeyd edək ki, İslandiyada evlərin qızıdırılması və istixanalrda tərəvəzlərin yetişidirilməsi də qeyzerlər hesabına həyata keçirilir. Yerdən qaynayan isti su fontanları İslandiyanın milli sərvəti elan edilib.
Digər xəbərlər: