Dünya
İran ABŞ bazalarını vurduqdan sonra Süleymanini dəfn etdi - FOTO
3 yanvarda ABŞ-ın sui-qəsdi nəticəsində ölən İran generalı Qasım Süleymani Kirman şəhərində dəfn edilib.
BAKU.WS "Anadolu” agentliyinə istinadən xəbər verir ki, gecə saatlarında ABŞ-ın İraqın Ərbil şəhəri yaxınlığındakı bazası və ölkənin qərbindəki Ayn əl-Əsəd hərbi-hava bazası vurulduqdan sonra səhər saatlarında Qasım Süleymaninin dəfn mərasimi baş tutub.
Qeyd edək ki, dəfn mərasimi dünən yaşanan izdihama görə təxirə salınmışdı. İzdihamda 65 nəfər ölüb, 250-ə yaxın insan isə yaralanıb.