Dünya
16:38, 27 Ocak 2020

Monqolustan Çinlə sərhədləri bağladı, dərslər dayandırıldı – Koronovirusa görə

Monqolustan Çinlə sərhədləri bağladı, dərslər dayandırıldı – Koronovirusa görə
Monqolustan hökuməti Çində yayılan ölümcül virusun qarşısını almaq üçün bu ölkəylə sərhədlərini bağlayıb.
Bizimyol.info xəbər verir ki, bir gün əvvəl hökumətin çağırdığı təcili iclasda bu qərar verilib. Yanvarın 27-dən etibarən Çin- Monqolustan sərhəddi qeyri-müəyyən müddətə qədər bağlanacaq.

Həmçinin koronovirus təhlükəsi ilə ölkənin bütün orta və ali məktəblərində dərslər martın 2-nə qədər dayandırılıb.Eyni zamanda kompüter klubları, ekskursiyalar, uşaq oyun meydançaları, sürücülük kursları da işini dayandırıb.

Hazırda bütün dünyada koronoviruslun ağır formasına yoluxanların sayı 2744, ölənlərin sayı 80 nəfərdir.

Çindən başqa Honkonq, Makao, Tayvan, Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya və Malayziyada da yoluxma halları qeydə alınıb.
Digər xəbərlər: