Dünya
16:44, 30 Ocak 2020

ABŞ-dan Rusiyaya növbəti zərbə

ABŞ-dan Rusiyaya növbəti zərbə
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Anadolu agentliyindən verilən xəbərdə bildirilir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qadağalar 8 fiziki şəxsə və Krıma dəmir yolu ilə sərnişin daşıyan “Grand Express Service” şirkətinə şamil edilib.

Həmçinin, şəhər qanunverici məclisinin spikeri Vladimir Nemtsevin, Sevastopolun qubernatoru vəzifəsini icra edən Mixail Razvojayevin və Sevastopolun senatoru Yekaterina Altabayevanın adı sanksiya siyahısına əlavə edilib.
Digər xəbərlər: