Dünya
15:08, 14 Şubat 2020
77
0

Türkiyədəki soydaşlarımızın koronavirus karantini bitdi

Türkiyədəki soydaşlarımızın koronavirus karantini bitdi
Xəbər verdiyimiz kimi, Koronavirusun yayıldığı Çindən təxliyə edilən altı Azərbaycan vətəndaşı da daxil olmaqla 42 nəfər Türkiyədə xəstəxanaya yerləşdirilmişdi.
Onlar 14 gün karantin müddətində Türkiyə paytaxtı Ankaradakı Zekai Tahir Burak xəstəxanasında saxlanıldılar

Türkiyə Silahlı Qüvvələrinin karqo təyyarəsi ilə Ankaraya gətirilmiş həmin şəxslərin bu gün karantin müddəti başa çatıb. Onların heç birində virus aşkarlanmayıb. Vətəndaşlar son baxışdan sonra xəstəxanadan evlərinə buraxılıblar.

Səhiyyə Nazirliyinin əməkdaşı bildirib ki, karantin altında saxlanılan şəxslərin hamısının testləri neqativ nəticə göstərib.

Koronavirusun yayıldığı Çinin Uhan şəhərindən Türkiyə, Azərbaycan, Gürcüstan və Albaniya vətəndaşlarını təxliyə edən Türkiyə təyyarəsi Ankaraya fevralın 2-də gətirilib.

Türkiyə Silahlı qüvvələrinə (TSK) məxsus A400M Atlas təyyarəsinin göyərtəsində 42 sərnişin olub.
Digər xəbərlər: