Dünya
11:08, 24 Şubat 2020

İran koronavirusla mübarizəyə silahlı qüvvələri cəlb edəcək

İran koronavirusla mübarizəyə silahlı qüvvələri cəlb edəcək
"İran silahlı qüvvələri koronavirusla mübarizəyə cəlb ediləcək. Tehran minimal itkilərlə bunun öhdəsindən gəlməyə çalışacaq”.

"Qafqazinfo”nun "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran Prezidenti Həsən Ruhani bildirib.

"Bütün dövlət qurumları, silahlı qüvvələr, ictimai təşkilatlar xalqın sağlamlığı üçün lazımi tədbirləri görəcək. Biz ən az itki ilə xəstəliyə ən qısa müddətdə nəzarət etmək istəyirik”, - deyə Ruhani bəyan edib.

Qeyd edək ki, İranda bu günə qədər 43 koronavirus infeksiyası qeydə alınıb, onlardan 8-i ölümlə nəticələnib. Rəsmi qurumlar virusa yoluxma (Qum şəhərində) barədə ilk dəfə fevralın 19-da məlumat veriblər.

Həkimlərin sözlərinə görə, yoluxanların əksəriyyəti ya şəhər sakinləridir, ya da İrana səfər edənlərdir. Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ölkənin bir neçə əyalətindəki təhsil müəssisələri bağlanıb, mədəniyyət tədbirləri də ləğv edilib.
Digər xəbərlər: