Dünya
15:52, 24 Şubat 2020
102
0

Koronavirusun coğrafiyası genişlənir - Daha üç ölkəydə göründü

Koronavirusun coğrafiyası genişlənir - Daha üç ölkəydə göründü
Bəhreyn, Küveyt və Əfqanıstanda koronavirusa yoluxma halları qeydə alınıb.
“Arab News” xəbər verir ki, Bəhreyndə koronavirus diaqnozu İrandan gəlmiş vətəndaşa qoyulub.

Küveytdə isə 3 nəfərin koronavirusa yoluxması faktı aşkarlanıb. Onlardan biri İrandan gəlmiş Səudiyyə Ərəbistanı vətəndaşıdır.

Məlumata görə, xəstə müalicə alanadək Küveytdə qalacaq.

Eyni zamanda Əfqanıstanda da ilk koronavirus hadisəsinin qeydə alındığına dair məlumat yayılıb.“(report)
Digər xəbərlər: