Dünya
Koronavirusdan sağalan qadın danışdı - Video
"Vaxtında müayinəyə getmək lazımdır, ilk simptomlarda analiz vacibdir"
Koronavirus bəlası sürətlə dünya ölkələrinə yayılır. Virusa yoluxanlar arasında ölənlər olsa da, sağalan insanlar da var. Ayna.az BBC-yə istinadən sağalmış və insanlar üçün motivasiya olacaq bir hekayəni təqim edir.
Sinqapurlu Culiy adlı qadın virusa yoluxduğu andan sağalanadək olan prosesesi video vasitəsiylə nəql edir.
Həmin videoda belə deyilir: “İlk vaxtlar məndə quru öskürək başladı, sonra fevralın 7-də səhər yuxudan oyananda bütün otaq başıma fırlanırdı, halsız idim. Vəziyyətimlə əlaqədar həkimə müraciət etdim və müayinə nəticəsində məlum oldu ki, mən COVİD-19-a yoluxmuşam. Məni bir otaqda izolyasiya vəziyyətində saxladılar. Otaqda hər cür şərait və imkanlar var idi. Qidalanma, dərmanlar, müalicə qaydası ilə gedirdi. Getdikcə vəziyyətimdə yaxşılaşma hiss edirdim, artıq normal nəfəs almağa başlayırdım. Doğrudur, insanlardan təcric olunsam da, virtual ünsiyyətim vardı. Bir müddət sonra artıq sağalma mərhələsinə gəldim”.
“Hamı bilməlidir ki, bu virus deyildiyi kimi çox qorxulu deyil. Sadəcə vaxtında müayinəyə getmək lazımdır, ilk simptomlarda analiz vacibdir. Bir də xəstəliklə mübarizədə hər insanın orqanizmi fərdi xüsusiyyət daşıyır. Məndə sağalma xəstəxanada yerləşəndən sonra 9 gün ərzində oldu. Bşqasında bu zaman kəsiyi artıq da ola bilər. Bir sözlə, insanlar xəstəliklə mübarizədə sadəcə daha məlumatlı olmalıdırlar”, - Culiy deyib.
Daha çox xəbər:
Çində dəhşətli görüntülər - insanlar yollarda ölür, virus sürətlə yayılır - VİDEO
Azərbaycanda film kimi OLAY: Qadın evini təmir etdirdiyi ustası tərəfindən aldadıldı - VİDEO
Şəfanın ölümünə səbəb olan QARDAŞI DANIŞDI – VİDEO - VİDEO
Həkimlər hamiləliklə xərçəngi səhv salıb, qadını kimyaterapiya etd i– FOTO
Heç bir xəstəliyi olmaya-olmaya özünü xəstələndirən insanlar