Dünya
Türkiyədə koronavirusdan ölənlərin sayı artıb
Türkiyədə koronavirusa yoluxanların sayı artaraq 1529-a çatıb, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca öz Tvitter hesabında yazıb.
"Son 24 saatda 3672 test aparılıb. Bunlardan 293-ündə koronavorus aşkarlanıb",- deyə nazir bildirib.
Xəstəlik səbəbindən ölənlərin sayı nəfər artaraq 37-yə çatıb. Səhiyyə naziri gənclərə evlərində qalmalarını və ehtiyac olmadıqca küçəyə çıxmamalarını tövsiyə edib.
Daha çox xəbər: