Dünya
Bu şəhərdə 17 dəqiqədən bir koronavirusdan ölüm faktı qeydə alınır
Nyu-Yorkda son iki gün ərzində hər 17 dəqiqədən bir koronavirus diaqnozu qoyulan xəstələr ölürlər.
Bu barədə “New York Post” qəzeti yazır.
Materialın müəllifi qeyd edir ki, həm cümə axşamı, həm də cümə günü Nyu-Yorkda 85 ölüm faktı qeydə alınıb. Bu rəqəmi sutkadakı dəqiqələrin sayına bölsək, virusa yoluxanların 17 dəqiqədən bir öldüyünü müəyyən etmək olar.
Son məlumatlara görə, şənbə günü səhər saatlarında şəhərdə ölənlərin sayı 450 nəfərə çatıb, 26 697 sakin isə artıq bu virusa yoluxub. Onlardan 5250 nəfəri xəstəxanaya yerləşdirilib, 1175 nəfər isə intensiv terapiya şöbələrindədir.